PDF Oxu

Siyasət

  • 52

Zərifə Quliyeva: "Ermənilər Leyla Yunusun həbsindən sonra Azərbaycana hədəyana mesajlar da verməyə başlayıblar" MÜNASİBƏT

Zərifə Quliyeva: "Ermənilər Leyla Yunusun həbsindən sonra Azərbaycana hədəyana mesajlar da verməyə başlayıblar" MÜNASİBƏT

"Güclü və qüdrətli Azərbaycan bu gün bir çox bizi istəməyənlərin qəlblərinə köz basır, dağlayır. Mən cəbhədə baş verən son hadisələrlə bağlı bir mühüm məqama diqqətinizi yönəltmək istərdim. Bu gün bizim qəhrəman əsgərlərimiz, silahlı qüvvələrimiz erməni vəhşilərinin, terrorçu və işğalçılarının cavablarını layiqincə verməkdədirlər". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva cəbhə bölgəsində baş verən son hadisələrə, eləcə də sözügedən məsələdə cərəyan edən digər proseslərə münasibətini bildirərkən deyib.

Zərifə Quliyeva sözlərinə görə, Azərbaycanın güclü ordusu var və ölkəmizin iqtisadi gücü, potensialı silahlı qüvvələrimizin daha da güclənməsinə şərait yaradıb: "Məhz güclü ordumuzun, orduda xidmət edən gənclərimizin patriotluğunun nəticəsidir ki, erməni işğalçıları böyük itkilər verərək geri çəkilməyə məcbur olublar. Burada ölkəmizin Prezidenti, cənab İlham Əliyevin bir ifadəsini xatırlatmaq istərdim: "Biz nəinki Qarabağı, eləcə də tarixi torpağımız olan İrəvanı, Qərbi Azərbaycanı düşməndən azad etmək gücündəyik".

Bəli, məhz bu önəmli müesajlar Ermənistanı qorxuya salıb və onlar hər dəqiqə güclü ordumuzun, şanlı Azərbaycan əsgərinin ayaqları altında qalıb-əziləcəklərini yaxşı anlayırlar. Mən, fürsətdən istifadə edərək, şəhid düşən əsgər və zabitlərimizin, gizirlərimizin ailələrinə baş sağlığı verir, onlara rəhmət diləyirəm. Təki Vətən sağ olsun!"

Zərifə Quliyeva daha bir məqama da toxunaraq bildirib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisini, tutduğu demokratiya yolunu istəməyən, gözü götürməyən qüvvələr də son proseslərdə canfəşanlıq göstərməkdədirlər: "Belə ki, erməni saytlarının birində elə ermənilərin özlərinin "böyük qadın" adlandırdığı, Leyla Yunusa dəstək yazıları yazılıb. Həmin dəsətək yazılarında hətta Leyla Yunus Leyla Barseqyan kimi də adlandırılıb. Hətta onun qanında erməni qanının axdığı da bildirilib. Bu azmış kimi, ermənilər Leyla Yunusun həbsindən sonra Azərbaycana hədəyana mesajlar da verməyə başlayıblar. Guya cəbhədəki gərgin vəziyyət ermənilərin Leyla Yunusun intiqamını almaqla əlaqəlidir.Təbii ki, bu kimi gülünc halların mövculuğu bir daha sübut edir ki, bəli, Leyla Yunus Vətən xainidir və onun havadarları olan ermənilər bütün məqamlarda öz "qəhrəmanlarının" həbsindən narahat olmağa başlayıblar. Axı onlara ən çox xidmət göstərən də məhz Leyla Yunus olub. Və əbəs yerə deyil ki, həmin erməni bloggerlər ona "Artsaxın" orden və medallarını da layiq görüblər. Bax, budur təəssüfedici reallıq!".

"Ancaq bu gün Azərbaycanın gücü və qüdrəti bizi istəməyənləri daha da quduzlaşdırır",- deyə vurğulayan YAP Qadınlar Şurasının üzvü onu da xatırladıb ki, belə quduzluğun sonu heç də yaxşı qurtarmır: "Çünki Azərbaycan öz güclü ordusu ilə yaxın zamanlarda, hətta daha yaxın zamanlarda torpaqlarını azad edərək, ədaləti bərqərar edəcək".

sia.az

Digər xəbərlər