"Beynəlxalq ictimaiyyət həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də Ukrayna məsələsinin həllində acizlik nümayiş etdirir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, beynəlxalq təşkilatlar boş bəyanatlarından və həmsədrlərin beynəlxalq turist səfərlərindən başqa heç nə etmir: "Təcavüzkarın siyasətinə qiymət verilməsə, Ermənistanın üzərinə müvafiq sanksiyalar həyata keçirilməsə, biz münaqişəni həll edə bilmrik. Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Eyni texnologiyalarla, eyni qüvvələr tərəfindən həyata keçirilən bu münaqişələrin həlli də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır"."Bütün beynəlxalq təşkilatlardan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası istiqamətində müvafiq addımların atılması və təcavüzkara qarşı sanksiyaların tətbiq etməsini tələb edirik. Əks halda həm Ukrayna, həm də digər bölgələrdə gərginlik artacaq. Ermənistan Azərbaycana yeni təzyiqlər edilməsinə nail olmağa çalışır. Biz qətiyyətlə bütün həmsədr ölkləri münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırırıq - deyə, A.Mollazadə vurğulayıb.
sia.az