BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ümumdünya təşkilatının rəsmi nümayəndəsi bəyanatında bildirib.Bəyanatda bildirilir ki, Pan Gi Mun bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırır.Baş katib, sənədə əsasən, Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığı ilə bölüşüb.
sia.az