Böyük Britaniya XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib. Bu barədə Nazirliyin yaydığı rəsmi bəyanatda deyilir. /Trend/
Bəyanatda bildirilir ki, Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə və 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.
Bəyanatda deyilir: "Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".
yap.org.az