PDF Oxu

Siyasət

  • 47

Novella Cəfəroğlu: “2 gün sonra kimin kim olduğu müəyyənləşəcək” MÜNASİBƏT

Novella Cəfəroğlu: “2 gün sonra kimin kim olduğu müəyyənləşəcək” MÜNASİBƏT

"Bizim fəaliyyətimiz Avropa konvensiyası çərçivəsindədir və bizə, şəxsən mənə qarşı Xədicə İsmayıl tərəfindən irəli sürülən ittihamlar tamamilə yersiz və əsassızdır". Bu fikirləri SİA-ya açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Azadlıq Radiosu"nun jurnalisti Xədicə İsmayılın ona qarşı aqressiv münasibətinə və hakimiyyətə işləməsi iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir çox sahələrdə hakimiyyətlə iş birliyində olub və burada təəccüblü heç nə olmamalıdır: "Bu iş birliyi demokratiyanın inkişafına xidmət edib. Mənə və rəhbərlik etdiyim təşkilata qarşı Xədicə İsmayıl tərəfindən irəli sürülən absurd ittihamlara qarşılıq olaraq, mətbuat konfransı düzənləyəcəm. Avqustun 7-də həyata keçirəcəyimiz mətbuat konfransında kimin-kim olacağı müəyyənləşəcək. Bütün media təmsilçilərini həmin konfransa dəvət etmişik".

sia.az

Digər xəbərlər