PDF Oxu

Siyasət

  • 41

Fəzail Ağamalı: "Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanlarının prezidentidir" Münasibət

Fəzail Ağamalı: "Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanlarının prezidentidir" Münasibət

"Bütün çıxışlarımda demişəm və bir daha təkrar edirəm ki, özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunusu Ermənistanın xüsusi xidmət orqanlarının prezidenti kimi qiymətləndirirəm. Şübhəsiz ki, onunla bağlı hər hansı bir bəyanat yayan beynəlxalq qurumun arxasında erməni lobbisi və erməniləri xaricdə müdafiə edən qüvvələr dayanır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Avropa Birliyi komissarlarının Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz: "Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir. İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun aparılır və Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur"."Bu tipli bəyanatlar Azərbaycanın daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilir. Azərbaycanda bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir. Odur ki, Azərbaycan qanunvericiliyi çərçivəsində ona qarşı qaldırılan ittihamların istintaqı aparılmalı, əməllərinə həqiqi, obyektiv, heç bir təsirə məruz qalmadan nəticələr çıxarılmalı və təqsirkar öz layiqli cəzasını almalıdır, çünki bunun başqa bir alternativi yoxdur. Onun müdafiəsi ilə tək xaricdə olan erməni lobbiləri deyil, eləcə də Azərbaycandakı antimilli qüvvələr də məşğul olur"- deyə, F. Ağamalı məsələ ilə bağlı fikirlərinə əlavə edib.Millət vəkili həmçinin ermənilərin son günlər cəbhədə həyata keçirdiyi təxribatlara da münasibət bildirib. Onun fikrincə, Ermənistanın son günlər cəbhə xəttində törətdiyi təxribatlara beynəlxalq ictimaiyyətin münasibəti dünyada ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərdi.

F. Ağamalı qeyd edib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri hələ də hər iki tərəfi sülhə çağırır, atəşkəs rejiminə əməl etməyə dəvət edir və Ermənistan təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur: "Yenə də ikili standart, yenə də təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan eyniləşdirilir. Bu, əlbəttə, təəssüf doğurur. Necə olur ki, Rusiya Ukrayna hadisələrinə görə ciddi sanksiyalara məruz qalır və dünyanın aparıcı dövlətləri bu sanksiyaları Rusiyaya qarşı tətbiq edir, ancaq 20 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının barəsində Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmaqla bağlı dörd qətnamə qəbul etdiyi Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Deməli, dünyada ikili standartlar var və son hadisələr də bu ikili standartlarda zərrə qədər də dəyişikliyin əmələ gəlmədiyini göstərir. Azərbaycan Ordusu son bir neçə gündə özünün güclü olduğunu, sarsılmaz bir qüvvə olduğunu nümayiş etdirdi və bu, Ermənistan üçün ciddi dərs oldu".

sia.az

Digər xəbərlər