PDF Oxu

Siyasət

  • 69

"NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" beynəlxalq konfrans

"NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" beynəlxalq konfrans

Bu gün AMEA İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılıqları ilə "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı səfiri Daniell Kristian Çiobanu açıblar.Onlar Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açıb, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs ediblər: "Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir və bu, xüsusilə, təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, daha da prioritet istiqamət təşkil edir".Konfransın "Qlobal təhlükəsizlik problemlərinin həllində Cənubi Qafqazın rolu" adlanan ilk bölməsində qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılmasından söhbət açılıb və Azərbaycanın NATO ilə bu günkü əməkdaşlığından və gələcək perspektivlərdən bəhs edilib. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq NATO-nun Uels sammiti üçün prioritetlər mövzusunda çıxış edib.Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov NATO-ya üzv dövlətlərə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu, o cümlədən Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması məsələləri, yəni Azərbaycan – NATO münasibətlərində siyasi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, eyni zamanda Əfqanıstanla bağlı əməliyyatlarda Azərbaycanın öz töhvələrini verməsindən söz açmışdır. İnsan Hüquqları İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun məruzəsində isə beynəlxalq təhlükəsizliyin yeni təhdidləri fonunda NATO-nun rolunun müəyyən olunması məsələlərinə toxunulmuşdur. Daha sonra Mərakeşin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami NATO-nun Uels sammitinin perspektivləri barədə çıxış edib.Konfransın "NATO-Azərbaycan əməkdaşlığı: ötən 20 ilin nəticələri və perspektivlər" adlı ikinci bölməsi NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin məruzəsi ilə başlayıb. O, NATO ilə Azərbaycanın bu günkü əməkdaşlığından və gələcək perspektivlərdən söz açıb.Müdafiə Nazirliyinin Hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi polkovnik Elman Səmədov da çıxış edib. Bu bölmədə həmçinin AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Vaqif Dadaşzadə "NATO və Rusiya: postsovet məkanındas ziddiyyətli əməkdaşlıq" məsələlərindən bəhs edib. Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.Konfransın sonunda İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb.Tədbirdə Prezident Administrasiyasının məsul işçiləri, millət vəkilləri, Fövqəladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi, Sənaye və Energetika, Daxili İşlər və digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

sia.az

Digər xəbərlər