Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-dən 13-dək bu ölkəyə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, deputatlarımız ölkənin paytaxtı Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin edilməsi, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
AzərTAc