PDF Oxu

Siyasət

  • 71

Deputatlarımız Türkiyədə seçkiləri müşahidə edəcəklər

Deputatlarımız Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkiyədə keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Parlamentdən SİA-ya verilən məlumata görə, seçkiləri Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə izləyəcək deputatlar avqustun 7-dən 13-dək Türkiyədə olacaqlar.Onlar paytaxt Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

sia.az

Digər xəbərlər