PDF Oxu

Siyasət

  • 32

Aydın Mirzəzadə: “Ermənistan ərazi bütövlüyümüzü qəbul etməsə, itkiləri daha çox olacaq”

Aydın Mirzəzadə: “Ermənistan ərazi bütövlüyümüzü qəbul etməsə, itkiləri daha çox olacaq”

"Bu günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər Dağlıq Qarabağ problemi tarixində əhəmiyyətli yer tutacaq bir hadisə olub". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.A.Mirzəzadə bildirib ki, Ermənistan tərəfinin Azərbaycan mövqelərinə hücumu hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətini bir daha əsaslı şəkildə qiymətləndirməyə imkan verdi: " Düşmən tərəfi Azərbaycan ordusunun bütün hazırlığını bütün zəhmi ilə öz üzərində hiss edə bildi. Ermənistan 71 nəfər hərbiçisini itirdi, yüzlərlə əsgəri yaralandı. İşğalçı dövlətin mövqeləri dağıdıldı, xeyli silah-sursat itirdi. Bu vəziyyət Azərbaycan cəmiyyətinin mənəvi gücünün yüksək olduğu bir daha üzə çıxardı. Cəmiyyətdə heç bir çaşqınlıq yaranmadı, insanlar öz ordusu ilə həmrəy oldu. İnsanlar döyüşə getməyə hazır olduqlarını elan etdilər. Bu situasiya Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ məsələsində qətiyyətini və Prezident İlham Əliyevin siyasi xəttini müdafiə etdiyini bir daha göstərdi".Millət vəkili vurğulayıb ki, Azərbaycandan fərqli olaraq iki günlük döyüşlər Ermənistanı çox çətin bir duruma salıb: "Silahlı Qüvvələrinin ağır vəziyyətdə olması, silah-sursat çatışmamazlığı, ordudakı mənəvi düşkünlük, xırda döyüşlərin iri həcmli döyüşlərə çevrilmək qorxusu ilk andan Ermənistan cəmiyyətini bürüdü. Ermənistan rəhbərliyi də düşdüyü vəziyyətdən çıxış yolu axtarmağa və dəfələrlə döyüşlərin dayandırılmasını dolayısı yolla Azərbaycandan xahiş etməyə başladı. Həmin ərəfədə Rusiya tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8 və ya 9-da Rusiyanın Soçi şəhərində görüşünün keçiriləməsi təklifi Ermənistanı çətin vəziyyətdən xilas etdi. Bunu qonşu ölkənin mətbuatında gedən yazılar bir daha sübut edir"."ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın belə təşəbbüslə çıxış etməsi təqdirə layiqdir. Rusiya dünyanın böyük dövlətlərindən biri kimi problemin həllinə bir daha maraq göstərdi. Əlbəttə, Azərbaycan və Rusiya arasında olan mehriban qonşuluq münasibətləri, genişlənən əlaqələr iki ölkənin bir çox məsələlərdə maraqlarını da bir edir. Ölkələr bir-birinin güclü və az problemli olmalarında maraqlıdırlar. Alovlanmaqda olan yeni Dağlıq Qarabağ müharibəsi o cümlədən Rusiyanın da bu regionda maraqlarına təsir edirdi. Görüşün əvvəlki görüşlərdən fərqləndiyi məlumdur. Əvvələr belə görüşlər cəbhə xəttində nisbi sakitlik dövrlərində keçirilirdi. İndi isə təcili görüşün keçirilməsi, indiki vəziyyətin dəyişilməsi ehtiyacından doğur. Verilən məlumatlara görə görüşdə Rusiya Prezidenti Vladimir Putin ilk növbədə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşəcək. Sonradan isə həm iki tərəfli, həm üç tərəfli görüşlərin keçirilməsi gözləniləndir. Danışıqların keçirildiyi bütün zamanda ilk dəfədir ki, prezidentlər iki gün ərzində danışıqlar aparacaqlar. Həmsədr ölkələrin birinin dövlət başcısının görüşdə şəxsən iştirak etməsi Rusiyanın məsələnin həllinə marağının artdığına da göstərir"- deyə, A. Mirzəzadə bildirib. Millət vəkili bildirib ki, görüş ilk növbədə tərəflərin bir-birinin mövqeyi barədə daha yaxşı məlumatlanmağa kömək edəcək: "Aydın məsələdir ki, ildən ilə Azərbaycan və Ermənistanın inkişaf səviyyələri arasında fərq artmaqdadır. Azərbaycanın hərbi gücü də Erənistanla müqayisəyə gəlmir. Ölkəmizin beynəlxalq aləmdə uğurları da mövqemizin güclənməsinə və qəbul edilməsinə səbəb olur. Hesab edirəm ki, çox şey danışıqların gedişindən və ortada olan təkliflərdən asılıdır. Mükündür ki, tərəflər müəyyən məsələlərin müzakirəsi və dəqiqləşdirilməsi ilə bağlı xarici işlər nazirlərinə müvafiq tapşırılar versinlər. Həmçinin diplomatik idarə rəhbərlərinin daha intensiv görüşləri barədə qərar da qəbul edilə bilər. Bu görüşlər dövlət başçılarının növbəti görüşlərinin hazırlanması üçün əsas da ola bilər. Nəticənin necə olmasından asılı olmayaraq, Ermənistan Azərbaycanın ərazi bütövlüyün qəbul etmək məcburiyyətindədir. Əks halda Ermənistanın itkisi daha çox ola bilər".

sia.az

Digər xəbərlər