"Ermənistan Azərbaycanla müharibədən çəkinir və müharibə etmək gücündə deyil, çünki ağır iqtisadi vəziyyətdədir. Ermənistan müharibəyə uzun müddət davam gətirə bilməz və buna hazır deyil". SİA-nın xəbərinə görə, bu barədə gürcü politoloq, tarix elmləri doktoru Quram Marxuliya "AzerNews" qəzetinə müsahibəsində deyib.Politoloq bildirib ki, son hadisələr Azərbaycanın sayılı saatlar hesabına öz ərazi bütövlüyün bərpa etmək iqtidarında olduğunu göstərdi. Həftəsonu prezidentlərin Soçidə keçiriləcək görüşünə toxunan Q. Marxuliya Azərbycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən əsaslı nəticələr gözləmədiyini dilə gətirib: "Ermənistan görüşdə müəyyən fasilə xahiş edəcək, çünki müharibə etməyə hazır deyil. Beynəxalq təşkilatlar Ermənistanı azərbaycanlı əsirləri təhvil verməyə məcbur etməlidirlər. Ermənistan dinc azərbaycanlıları münaqişəyə cəlb edir ki, bu da qəbuledilməzdir. Beynəlxalq təşkilatlar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir".
sia.az