\r\n
\r\n
\r\n Sərdar Cəlaloğlu: \"Partiyalardan qopmalar baş verəcəksə, bunun günahı liderlərdədir\"
\r\n
\r\n
\r\n
\r\n Bu, bir faktdır ki, müxalifət partiya funksionerləri aralarında olan rəqabəti bir müddət donduraraq bir araya gəlməyə cəhdlər göstəriblər. Hətta bu cəhdlər müəyyən qədər reallığa da çevrilib. Yəni xarici maraqlı qüvvələrin müəyyən tövsiyə və tapşırıqları əsasında müxalifətin blok və qurumları yaradılıb. Bu qurumların ömrü isə çox qısa olub. Səbəb isə həmin qurumlarda iddialı şəxslərin kifayət qədər çox olmasıdır. Son illər yaradılan \"Azadlıq\" siyasi bloku, \"Müxalifətin Koordinasiya Mərkəzi\", \"İctimai Palata\" və nəhayət, \"Milli Şura\" məhz iddialı şəxslərin çəkişmələrinin acı nəticəsi olaraq tarixin arxivinə atılıblar.
\r\n
\r\n Maraqlı, həm də diqqətçəkən məqam ondan ibarətdir ki, qurumların fəaliyyətini dayandırması bəzi partiyalardan istefaların da baş verməsi ilə müşayiət olunub. Misal kimi, kinoçəkən Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə yaradılan \"Milli Şura\"nın fəaliyyətini qeyri-rəsmi dayandırmasından sonra AXCP-dən 46 nəfər, Müsavat partiyasından Qazax rayon təşkilatının sədri də daxil olmaqla, ümumilikdə 23 nəfər İsa Qəmbər və Əli Kərimli ilə eyni siyasi məfkurəni bölüşməkdən imtina ediblər. Dünən isə AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiyadan istefa verdiyini bəyan etdi.
\r\n
\r\n
\r\n
\r\n Səxavət Əlisoy Arif Hacılıya meydan oxuyur
\r\n
\r\n
\r\n
\r\n Hazırkı mərhələdə müxalifət daxilindən istefaların səngimədiyini demək olar. Çünki ötən gün Rəsul Mirhəşimlinin ardınca Müsavatın Abşeron və Sumqayıt şəhər təşkilatlarından daha 6 nəfər istefa verdiyini bəyan edib. Siyasi analitiklərin gəldiyi qənaətə görə, daha çox Müsavatın gərgin vəziyyətlə üzləşməsinin başlıca səbəbi qurultayın vaxtının uzanmasıdır. Eyni zamanda, Müsavat icra aparatının rəhbəri Arif Hacılının başqan olmaq üçün müəyyən çirkin texnologiyalardan istifadə etməsi də partiyadan istefaların baş verməsini şərtləndirən əsas amillərdəndir. Müsavat başqanının müşaviri Səxavət Əlisoyun istefa verənlərin maraqlarından çıxış edərək A.Hacılını ittiham hədəfinə çevirməsi də iddiaların əsaslı olduğunu göstərir. Qopmalarla barışa bilməyən S.Əlisoy A.Hacılını qeyri-türk adlandırıb. Ultimativ şəkildə bəyan edib ki, Müsavat başqanı yalnız türk olmalıdır. Onun sözlərinə görə, qeyri-türk Müsavat başqanı olacağı təqdirdə, partiyanın siyasətdə ayaq üstə qalması şübhəli görünəcək.
\r\n
\r\n ADP sədri Sərdar Cəlaloğlu isə müxalifətdən olan qopmalara yazdıqlarımıza əsaslanan mövqe ifadə edib. ADP sədri bildirib ki, müxalifətdən olan istefaların başlıca günahkarı partiya sədrlərinin özləridir: \"Düzgün siyasətin aparılmaması nəticədə müxalifətin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır. Qopmalar və funksionerlərin bir-birinə ünvanladıqları ittihamlar da məhz səhv siyasətin nəticəsidir\".
\r\n
\r\n S.Cəlaloğlu ehtimal olaraq o fikri qeyd edib ki, AXCP və Müsavatdan olan funksionerlərarası çəkişmələr partiyaların parçalanmasına gətirib çıxara bilər.
\r\n
\r\n
\r\n
\r\n İ.ƏLİYEV