Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Qazaxıstana gedir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rusiyalı nazir Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək. Görüş zamanı Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağı bildirilir.Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün "Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir".
sia.az