PDF Oxu

Siyasət

  • 66

Yunusovların həbsinin emossional müstəvi üzərinə çıxarılması cəhdləri prespektivdə heç bir rol oynamayacaq

Yunusovların həbsinin emossional müstəvi üzərinə çıxarılması cəhdləri prespektivdə heç bir rol oynamayacaq

"Arif Yunusun və Leyla Yunusun ər-arvad olması, bu iki şəxsin qısa fasilələrlə həbs olunması, onların eyni motivli cinayətlərdə ittiham olunması, hər ikisinin qeyri-hökumət təşkilatları sektorunu təmsil olunmaları faktdır. Bu faktlar konteksində ictimai-siyasi, beynəlxalq dairələri daha çox maraqlandıran onların həbsinin emosional yox, hüquqi tərəfləri olmalıdır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, bu həbsə müəyyən emosional mülahizələrlə yanaşanlar faktlar ətrfında başqa bir mühit yaratmaq istəyirlər: "Buna görə də onlar Azərbaycan mühiti üçün məhz emosional tərəfin daha çox nəticə verə biləcəyinə ümid edirlər. Müsəlman ölkəsi olan Azərbaycanın milli mənəvi dəyərlərə daha çox mühafizəkar yanaşdığını nəzərə alan belə qüvvələr ər-arvad məsələsini qabartmaqla hadisəyə daha çox diqqət cəlb etmək istəyirlər. Belə xarici qüvvələr hesab edir ki, Azərbaycan cəmiyyət belə məsələlərə daha çox mühafizəkar yanaşdığına və milli köklərə daha çox bağlı olduğuna görə, ər-arvadın qısa fasilələrlə həbs olunması faktına guya daha emosional reaksiya verəcək. Əslində isə məsələnin emosional tərəfi bu gün Azərbaycanda daha az adamı maraqlandırır".A. Quliyev bildirib ki, bu gün ölkə içərisində ictimaiyyəti, siyasi dairələri və QHT-ləri daha çox maraqlandıran məsələnin hüquqi tərəfidir: "Yaxşı olar ki, beynəlxalq təşkilatlar da məsələnin daha çox hüquqi tərəflərinə diqqət etsinlər. Hüquqi tərəflər isə istintaq prosesindən və məhkəmədən sonra aydın olacaq. Çünki ortada konkret hüquqi ittiham faktları var. Cinayət Məcəlləsinin maddələri əsasında gedən istintaq prosesi bir çox mətləbləri aydın şəkildə ortaya qoyacaq. Ona görə də məsələnin ər-arvadın eyni vaxtda həbs olunması tezisi ilə müəyyən emossional bir müstəvi üzərinə çıxarılması cəhdləri prespektivdə heç bir rol oynamayacaq. Çünki əsas məsələ hüquqi müstəvidə həll olunur".

sia.az

Digər xəbərlər