"Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağdama, cəbhə bölgəsinə etdiyi səfər Azərbaycan xalqında böyük ruh yüksəkliyi və qürur hissi yaratdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkə başçısı İlham Əliyevin cəbhə bölgəsinə səfərini şərh edərkən deyib."Mənfur qonşularımızın cəbhədə fəallaşdığı bir zamanda Ali Baş Komandan cəbhə bölgəsinə səfər edərək həm hərbçilərlə, həm də mülki vətəndaşlarla görüşməsi erməniləri narahat etməyə bilməzdi. Bu gün xalqı iztirab, səfalət və aclıq içində yaşayan Ermənistan güclü Azərbaycan qarşısında aciz olduğunu göstərməmək üçün hər bir cəhdə gedir. Ancaq işğalçı ölkənin rəhbərliyi, Sarkisyan hakimiyyəti yaxşı bilir ki, hətta güvəndiyi güclər belə onları Azərbaycanın ədalət və haqq mübarizəsindən qurtara bilməyəcək"- deyə, A. Hüseynov vurğulayıb.O həmçinin qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin Ağdamda verdiyi bəyanatlar ilk nöbvədə onu göstərdi ki, Azərbaycan ordusu ermənilərin təxribatına uymur: "Ordumuz düşmənin hücumlarını qəhrəmancasına dəf edərək, onları susmağa məhkum edir. Lakin Ali Baş Komandanın da vurğuladığı kimi, ordumuz hər an öz torpaqlarını azad etməyə hazırdır. Bizim buna potensialımız, tükənməz gücümüz var. Onu da qeyd etmək istərdim ki, Ermənistanın bu gün Azərbaycanla müharibə etməyə heç bir gücü və potensialı yoxdur. İqtisadi gücü sıfır həddində olan bir ölkənin dünya miqyasında nəhəng layihələr həyata keçirən ölkə ilə aparacağı müharibə onun qısa bir zamanda məhvi olacaq. Ali Baş Komandan İlham Əliyev Ağdama səfərində vurğuladığı kimi, düşmənin istənilən hərbi obyektini dağıtmaq imkanımız var. Bu faktor isə bir daha sübut edir ki, Azərbaycan ordusu öz igid əsgər və zabitləri, müasir silahlarla təchiz olunmuş ordusu ilə qısa zaman kəsiyində işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir".
sia.az