PDF Oxu

Siyasət

  • 63

Azərbaycanlı politoloq: “Azərbaycan Prezidenti Soçiyə getməyə də bilər” Ehtimal

Azərbaycanlı politoloq: “Azərbaycan Prezidenti Soçiyə getməyə də bilər” Ehtimal

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı erməni ordusunun vəziyyəti, ehtimal edilən hücumları, onların dəf edilməsi, Azərbaycan Ordusu qarşısında duran vəzifələr ətraflı müzakirə edilib. Bunu SİA-ya politoloq Qabil Hüseyinli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən cəbhə bölgəsinə şəfərini şərh edərkən deyib.Politoloq bildirib ki, Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri və səsləndirdiyi fikirlər hərbiçilərimizdə böyük ruh yüksəkliyinə səbəb olub: "Hərbiçilərimizdə çox yüksək döyüş ruhu var. Onlar istənilən anda erməni təcavüzkarlarının hücumunu dəf etməyə hazırdırlar. Eyni zamanda Soçi görüşünə qədər Ali Baş Komandan ordu qarşısında həm taktiki həm də strateji məqsədlər qoydu".Politoloq Soçi görüşünün qondarma xarakter daşıdığını deyib: "Rusiya erməniləri qısqırdıb bizim üzərimizə salmışdı. Ancaq Rusiya gördü ki, ermənilər heç nə edə bilmir, əksinə Azərbaycan ordusu irəliyə doğru gedir. Ona görə də atəşkəsi bərpa etmək üçün Soçi görüşünü ortaya atıb".Q.Hüseyinli onu da bildirib ki, Azərbaycan tərəfi bu görüşə həvəslə yanaşmır: " Soçi görüşünün gündəliyinin müəyyənləşdiriliməməsi, nəyin müzakirə ediləcəyi müəyyənləşmədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə getməyə tələsmir. Hətta cüzi ehtimalla deyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə getməyə də bilər"

sia.az

Digər xəbərlər