"Soçi görüşü ilə Rusiyanın tarixində ilk dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ciddi münasibət bəsləndiyinin şahidi oluruq". Bunu SİA-ya politoloq Qabil Hüseyinli Soçi görüşünün nəticələrini şərh edərkən deyib.Q. Hüseyinli bildirib ki, Rusiyanın siyasi iradəsi sayəsində Ermənistan Soçi görüşündə əvvəlki şıltaqlıqlarını edə bilmədi və danışıqlar prosesinə ciddi münasibət bəslədi: "Görüşdə Azərbaycan Prezidentinin belə bir fikri ön plana çəkildi ki, münaqişənin nizamlanma prosesi həddindən artıq uzanıb və onun tezliklə həll edilməsinə ehtiyac var. Rusiya prezidenti Vladimir Putin də Azərbaycan Prezidenti İlham Əliyevin söylədiklərini təsdiq etdi və bu istiqamətdə də görüşlər aparıldı"."Görüşlərin bütün təfərrüatları mətbuata açıqlanmasa da, belə bir fikir sızıb ki, atəşkəs rejminə cidddi əməl ediləcəyi təqdirdə işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması istiqamətində danışıqlar prosesinə başlanılacaq və bu danışıqlar prosesi kifayət qədər sürətli aparılacaq. Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni bir mərhələ başlayır. Bununla da müharibənin qarşısı alınır - deyə, Q. Hüseyinli əlavə edib.
siaşaz