"Soçi görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından heç bir müsbət nəticə əldə olunmayıb". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Soçi görüşünün nəticələrini şərh edərkən deyib.Millət vəkili bildirib ki, Soçi görüşündə Rusiya işğal olunmuş ərazilərimizin azad edilməsi üçün Ermənistana qarşı hər hansı bir təzyiq nümayiş etdirmədi: "Hesab edirəm ki, Rusiyanın sülhə marağı olmadığına görə, Soçi görüşündə hər hansı bir ciddi nəticə əldə olunmadı. Biz istərdik ki, beynəlxalq təşkilatlar bundan sonra Ermənistanı sülhə məcbur etmək üçün öz iradələrini nümayiş etdirsinlər".A.Mollazadə hesab edir ki, Ermənistan işğal etdiyi ərazilərdən qeyri-şərtsiz çıxmasa, bölgədə yenidən gərginliyin artması təhlükəsi var.
sia.az