PDF Oxu

Siyasət

  • 50

Sədaqət Vəliyeva: "Türkiyədəki seçkilər beynəlxalq standartlara tam uyğun keçirilib"

Sədaqət Vəliyeva: "Türkiyədəki seçkilər beynəlxalq standartlara tam uyğun keçirilib"

"Avqustun 10-da Türkiyədə baş tutan ilk ümumi xalq səsverməsilə Prezident seçkiləri beynəlxalq standartlara tam uyğun keçirilib". Bu fikirləri SİA-ya açıqlamasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini müşahidə edən millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva proseslə əlaqədar fikrini bölüşərkən deyib.Türkiyənin paytaxtı Ankara şəhərindəki 150-dən artıq seçki məntəqəsində olduğunu deyən Sədaqət Vəliyeva bildirib ki, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə ətraflı şəkildə tanış olub.Millət vəkili prezident seçkilərinin keçirilmə prosesini belə şərh edib: "Bildiyiniz kimi, yeni qərara əsasən 2014-cü ildən etibarən Türkiyədə prezidenti xalq özü seçəcək. Verilən qərara uyğun olaraq, avqustun 10-da Türkiyədə prezident seçkiləri baş tutdu. Seçkilər səhər saat 08.00-dan 17.00-a kimi davam etdi. Türkiyənin seçki komissiyasının verdiyi məlumata görə seçkilərdə seçicilərin 74 %-i iştirak edib.Biz Ankaranın Çankaya, Keçiören, Yenimahalle, Altındağ bölgələrində olduq. Seçkilərdə apardığımız müşahidələr zamanı şahidi olduq ki, seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şərait kifayət qədər yaradılıb. Bütün işlər beynəlxalq seçki standartlarına uyğun şəkildə hazırlanıb. Türkiyəli məsul şəxslər də deyib ki, builki seçki ölkədəki bütün xalqın iştirakı ilə reallaşan ilk Prezident seçkisi olduğuna görə ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün bütün lazımi tədbirlər görülüb.Eyni zamanda, ölkənin seçki qanunvericiliyinə əsasən beynəlxalq müşahidəçilər seçki prosesində sərbəst şəkildə müşahidə edə bilirdilər. Seçkiyə hazırlıq işləri bir ay əvvəldən başlanmışdı və bütün namizədlərin seçki kampaniyalarını həyata keçirmələri üçün eyni hüquqlara sahib idilər. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib. Hər bir ölkədə olduğu kimi, orada da müəyyən texniki qüsurlar olub. Lakin bu, prosesin gedişatına heç bir mənfi təsir göstərməyib. Bütün səslər şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən sayılıb və elan olunub".Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə əsasən hazırkı baş nazir Rəcəb tayyib Ərdoğan 51,8 faiz səs toplayaraq ölkənin prezidenti olub.

sia.az

Digər xəbərlər