PDF Oxu

Siyasət

  • 64

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ənənə davam etdirilir

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ənənə davam etdirilir

Daha üç ailənin təməli qoyuldu

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha üç yeni ailə quran gəncin nikah mərasimi təşkil olunub. Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon VVAQ şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Fərid Heydərovla Şəhanə Quliyevanın, Xəyal Həsənovla Aidə Qarayevanın, Mansur Əhmədovla Nuranə Qasımovanın nikahlarını rəsmiləşdirib və gənclərə nikah şəhadətnaməsini təqdim edib.

Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olunub. Mərasim iştirakçıları yeni evlənənləri təbrik ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulayıb.

Yeni ailələrə Suraxanı rayonu rəhbərliyi adından qiymətli hədiyyələr təqdim edilib. Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdiriblər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxıblar.

ZÜMRÜD

Digər xəbərlər