PDF Oxu

Siyasət

  • 45

Vüqar Bayramlı: "Azərbaycanın ərazi bütövlüyü düzgün aparılan müzakirənin mövzusu olmalıdır" Münasibət

Vüqar Bayramlı: "Azərbaycanın ərazi bütövlüyü düzgün aparılan müzakirənin mövzusu olmalıdır" Münasibət

\r\n "Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri və ardınca Soçidə Rusiya və Ermənistanın ölkə başçıları ilə görüşü Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoydu". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Bayramlı deyib.Onun sözlərinə görə, prezidentin təmas xəttində olması əhali arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etmiş oldu: "Ölkə başçısının cəbhə bölgəsinə tez-tez baş çəkməsi, orada sakinlər, milli ordunun üzvləri ilə görüşməsi ondan xəbər verir ki, o, hər zaman Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində səylərini ardıcıl şəkildə davam etdirir. Soçi görüşündə Dağlıq Qarabağla bağlı vacib fikirlər səsləndirməsi də buna bariz nümunədir. Prezident həmin görüşdəki çıxışında Azərbaycan torpaqlarını azad etmək siyasətində dönməz olduğunu açıq şəkildə göstərdi".V. Bayramlı həmçinin qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq aləmin ikili siyasətlər tətbiq etməsindən narahatdır: "Bunu da istər Azərbaycanda, istərsə də ölkədən kənarda keçirdiyimiz beynəlxalq əhəmiyyətli görüşlərdə dəfələrlə bildiririk. Təəssüf ki, Avropa Birliyi də daxil olmaqla, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü məsələsində ikili standartlardan istifadə edirlər. Bu gün Gürcüstanın, Ukraynanın ərazi bütövlüyü məsələsi beynəlxalq qurumlar vasitəsi ilə gündəmə gətirilsə də, Azərbaycanın ərazi bütövlüyü məsələsində təəssüf ki, ikili yanaşmanı müşahidə edirik"."Birmənalı şəkildə bilmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü düzgün aparılan müzakirənin mövzusu olmalıdır. Bu gün Ermənistan işğalçı siyasətini davam etdirir. Ermənilərin işğalçı siyasətini davam etdirməsi işğal olunmuş ərazilərin azad edilməməsi fonunda özünü göstərir. Bütün bunlara baxmayaraq Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilmir. BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər var. Bunu da Soçi görüşündə Serj Sarkisyan özü də etiraf etdi. Amma dünya ictimaiyyəti hələ də bu məsələyə göz yumur"- deyə, ekspert məsələ ilə bağlı fikirlərinə əlavə edib.

\r\n

\r\n

\r\n

\r\n sia.az

Digər xəbərlər