PDF Oxu

Siyasət

  • 68

Əfqanıstan gömrükçüləri azərbaycanlı həmkarlarının təcrübəsini öyrənirlər

Əfqanıstan gömrükçüləri azərbaycanlı həmkarlarının təcrübəsini öyrənirlər

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Xəzər - mehriban qonşuluq" təşəbbüsü çərçivəsində "Qlobal Qalxan" proqramının üçüncü təlim kursu başlayıb. Bu təlimlər Əfqanıstan Gömrük Xidməti hüquq-mühafizə bölmələrinin əməkdaşları üçün ildə üç dəfə keçirilir.

Dövlət Gömrük Komitəsindən AzərTAc-a verilən məlumata görə, ÜGT proqramının rəhbəri Joao de Olivyera Rodriqes tədbir iştirakçılarını təlim kursunun məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Dövlət Gömrük Komitəsi gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi Güloğlan Muradlı kimyəvi silah və döyüş sursatlarının qaçaqmalçılığı ilə mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsini Əfqanıstan tərəfi ilə bölüşməyin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin əməkdaşı Aydın İmaşov isə kimyəvi silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin vacibliyini xatırladıb.

Məlumatda, həmçinin qeyd olunur ki, təlimlərdə iştirak etmək üçün Bakıya Əfqanıstandan böyük nümayəndə heyəti gəlib. Təlim kursu iştirakçılarının Azərbaycan Gömrük Xidmətinin xüsusi bölmələrinin rəhbərləri ilə görüşləri, regional gömrük və sərhəd-keçid məntəqələrinə səfərləri də nəzərdə tutulur.

AzərTAc

Digər xəbərlər