PDF Oxu

Siyasət

  • 63

Elman Məmmədov: “Nazirlərin görüşü həmrəyliyi ifadə edir”

Elman Məmmədov: “Nazirlərin görüşü həmrəyliyi ifadə edir”

"Soçi görüşündən sonra, Ermənistan prezidentinin sərgilədiyi davranışlar onun həyat tərzidir. Bu gün Ermənistan adlı bir dövlətə rəhbərlik edən şəxs hərbi canidir. Çünki o özü də etiraf edir ki, Xocalı soyqırımının törədilməsində hərbi komandir kimi birbaşa iştirak edib, əli xocalıların, dinc sakinlərin qanına batıb. Biz bunun şahidiyik". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, prezidentlərin görüşündən sonra Sarkisyanın verdiyi bəyanatlar, sərsəmləmələr onun həyat tərzi olmaqla bərabər, havadarları tərəfindən verilən təlimatların, proqramların icrasıdır: "O görüşdə Sarkisyan bir fiqur kimi oturdulmuşdu. Orada iki söz sahibi var idi. Biri Azərbaycan Prezidenti cənab İlham Əliyev, biri də Rusiya Federasiyasının prezidenti Vladimir Putin idi. Görüşdən sonra baş verən hadisələr, Sarkisyanın müxtəlif səpkidə sərsəmləmələri təbii ki, o dövlətin işğalçılıq siyasətinin tərkib hissəsidir. Onlar özlərini ifşa edirlər, təcavüzkar, işğalçı, terrorçu dövlət olduqlarını bir daha sübut edirlər".Millət vəkili Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü barədə də fikirlərini bildirib: "Cənubi Qafqazda söz sahibi olan Azərbaycan, onun yaxın tərəfdaşı olan Gürcüstan və qardaş Türkiyə müdafiə nazirlərinin görüşü həmrəyliyi ifadə edir. Burada yəqin ki, beynəlxalq müqavilələr bağlanacaq, boru kəmərlərinin, Bakı -Tbilisi -Qars dəmir yolunun qorunması, regionda təhlükəsizlik məsələləri müzakirə olunacaq. Dağlıq Qarabağ məsələsi də təbii ki, gündəmə gəlməlidir və tərəflər bu məsələyə münasibətlərini bildirməlidir. Çox güman ki, qarşılıqlı əməkdaşlıq barəsində müxtəlif sənədlər imzalanacaq. Mən bu görüşü müsbət qiymətləndirirəm".

sia.az

Digər xəbərlər