PDF Oxu

Siyasət

  • 66

Sabina Freyzer : “Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı”

Sabina Freyzer : “Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı”

"Son həftələrdə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmaları 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri ən gərgin dövr adlandırmaq olar". SİA-nın Atlantik Şurasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Atlantik Şurasının transatlantik əlaqələr üzrə baş elmi işçisi, beynəlxalq siyasi analitik Sabina Freyzer öz məqaləsində qeyd edib.Məqaləsində Azərbaycan və Ermənistan arasındakı münaqişədən, cəbhə xəttində gərginlik və sülh danışıqlarından söz açan S. Freyzer vurğulayıb ki, tez-tez unudulan Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı.Onun sözlərinə görə, toqquşmalar təkcə müharibənin yenidən başlaması və atəşkəsin pozulma təhlükəsi qarşısında olduğunu göstərmədi, eləcə də Rusiyanın özünü Qafqazdakı təhlükəsizliyin əsas təminatçısı kimi göstərməsinə imkan yaratdı: " Millətçi və imperialist siyasət yürüdən Vladimir Putin hökuməti həqiqətən də problemi həll etməyə meylli görünmür. Halbuki, bu döyüşlər regionun neft və qaz tranziti, həmçinin Qərbin maraqlarına uyğun digər layihələr üçün təhlükəsiz olmasına əngəl törədir. Cəbhə xəttindəki gərginliklər əsas etibarilə Rusiyanın bölgədə möhkəmlənməsinə xidmət etdi".9 avqust Prezidentlərin Soçi görüşünə toxunan Freyzer vurğulayıb ki, görşdə Rusiya prezidenti Vladimir Putin öz sülhsevər portretini yaratmış oldu: "Münaqişənin həlli istiqamətində atəşkəsdən sonrakı mühüm addım qoşunların geri çəkilməsi və qaçqınların öz torpaqlarına geri qaytarılması ola bilərdi, lakin, bu baş vermədi. Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qalmağa davam edir. Azərbaycan isə neftdən faydalanaraq hərbi büdcəsini keçən il 3,7 milyard dollara qədər artıra bilib. Bu, 10 il bundan əvvəlki rəqəmdən 20 dəfə artıqdır. Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də "Twitter" hesabında itirilmiş torpaqları geri almaq niyyətində qəti olduqlarını bildirib və yazıb ki, Azərbaycanın son illər əldə etdiyi silah-sursat və hərbi texnika istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir".

sia.az

Digər xəbərlər