PDF Oxu

Siyasət

  • 48

Fuad Muradov: "Bu xəbər də ermənilərin növbəti təxribatıdır"

Fuad Muradov: "Bu xəbər də ermənilərin növbəti təxribatıdır"

Fransanın XİN saytında jurnalistlərin suallarını cavablandıran ölkənin xarici siyasət idarəsinin mətbuat katibi Romen Nadal avqustun 8-də Azərbaycanda əsirlikdə ölən Ermənistan vətəndaşı Karen Petrosyanın ailəsinə başsağlığı verməsi və cəsədin dərhal qarşı tərəfə qaytarılması tələbi irəli sürməsi ilə bağlı xarici mətbuatda xəbərlər yayılıb. SİA Fransanın ermənipərəst mövqedən çıxış etməsinə bariz nümunə kimi mövcud açıqlamaya münasibət öyrənmək üçün Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradovla əlaqə saxlayıb. Fuad Muradov isə açıqlamasında bu xəbərin təxribat xarakterli ola biləcəyini vurğulayıb: "Xəbəri ilk olaraq Fransanın Azərbaycandakı səfirliyindn dəqiqləşdirmək lazımdır. Çünki Fransa mətbuatında nəzər yetirdim və belə bir məlumata rast gəlmədim. Ola bilsin ki, erməni mətbuatı bunu bilərəkdən dərc edib. Əgər Fransa səfirliyi məlumatı təsdiqləsə, o zaman məsələ ilə bağlı mövqeyimi bildirərəm".Qeyd edək ki, avqustun 7-də Azərbaycan Müdafiə Nazirliyi 4 nəfərdən ibarət təxribat qrupunun məhv edilməsi, onlardan biri Karen Petrosyanın isə əsir götürülməsi barədə bəyanat vermişdi. Amma bir gün sonra təxribatçı kəskin ürək çatışmazlığından vəfat edib.

sia.az

Digər xəbərlər