PDF Oxu

Siyasət

  • 47

Əli Həsənov: “Azərbaycan tərəfi Ermənistana son təklifini verib”

Əli Həsənov: “Azərbaycan tərəfi Ermənistana son təklifini verib”

"Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun nəşinin geri qaytarılması məsələsi daima Azərbaycan hökumətinin diqqətindədir" SİA-nın məlumatına görə, bunu Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.Ə. Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə ardıcıl şəkildə görüşlər keçirdiyini bildirib: "Son dəfə dünən görüşmüşük. Məsələ ilə bağlı sərt mövqeyimi onlara bildirdim. Onların dedikləri qaydalar razılaşmadığımı bildirdim. Dedim ki, sizin dediklərinizin heç biri bizi qane etmir. Siz nə vaxt Azərbaycan hökumətinə müraciət edirsiniz, hansı əsir barəsində hansı məlumatı almaq istəyirsinizsə, biz dərhal onu təmin edirik, lakin Ermənistan tərəfi bunu etmir. Nə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi, sizin baş qərargahınız bu barədə dünya ictimaiyyətinə məlumat vermir?" Ə. Həsənov Azərbaycan tərəfinin Ermənistana etdiyi son təklifi açıqlayıb: "Bizdə beş nəfərdən - ata, ana və üç uşaqdan ibarət erməni ailəsi var. Bundan əlavə, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının da meyiti bizdədir. Biz erməni ailəsi ilə Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyevi, erməni diversantın meyiti ilə isə Həsən Həsənovun meyitini dəyişməyi təklif etmişik. Hazırda onların cavabını gözləyirik. Ötən gün komitə bizə ermənilərin ancaq meyitləri dəyişmək istədiklərini bildirdi. Onlar girovları dəyişmək istəmirlər. Biz isə bunun kompleks şəkildə ola biləcəyini və başqa təklif qəbul etməyəcəyimizi qeyd etdik".

sia.az

Digər xəbərlər