Yaxud Ferqussondakıları görməyib Naxçıvanda İlqar Nəsibov axtaranlar
ABŞ-ın Missuri ştatının Ferqusson şəhərində qaradərili yeniyetmə Maykl Braunun polis tərəfindən vəhşicəsinə öldürülməsindən sonra bir reallıq özünü sübuta yetirmiş olub. Bu reallıq demokratiyanın beşiyi adlandırılan ABŞ-da heç də demokratiyanın ideal şəraitdə mövcud olmadığını təsdiq edir. Nə qədər təəccüblü görünsə də belə hallar ABŞ-da demək olar ki, gündəlik hadisələrə çevrilib. Bu gün ABŞ-ın müxtəlif şəhər və ştatlarında qətl hadisələri törədilir və burada çox hallarda polislərin də yer alması haqqında faktlar mövcuddur. Beləliklə, dünyaya, eləcə də bizə - Azərbaycana zaman-zaman demokratiya dərsi keçmək istəyən ABŞ-ın Dövlət Departamenti, ya da digər "humansit" siyasi dairələri arada çevrilib özlərinə diqqətlə baxmırlar, ya da baxmaq istəmirlər.
Məgər ABŞ-ın bir şəhərində baş verən həmin hadisə arxasında diktatorluq faktoru dayanmayıbmı?!
Bu arada ABŞ-a məxsus "Freedom House" təşkilatı, ya da digər təşkilatlar sözügedən hadisə ilə bağlı sadəcə ağızucu bəyanat verməklə kifayətləndirdilər. Hansı ki, Ferqusondakı hadisədən sonra başlayan kütləvi iğtişaşlar, eləcə də etirazçılara qarşı daha amansız davranmalar, üstəlik jurnalistlərin həbsi haqqında daha sərt bəyanatlar səsləndirilməli idi. Təəssüf ki, bu, olmadı. Ancaq Azərbaycanda hər hansı "hüquq müdafiəçisi", yaxud da jurnalist qanun pozuntusuna yol verirsə, üstəlik dövlətə xəyanət maddəsi ilə ittiham olunursa, belələrinə görə ABŞ Dövlət Departamentindən tutmuş beynəlxalq təşkilatlara qədər ölkə iqtidarına qarşı hücumlara start verilir. Araşdırılmadan, reallıqdan kənar və qərəzli ittihamlar, hesabatlar, bəyanatlar və s...
Yəni Ferqusondakı hadisə Bakıda, Sumqayıtda, Gəncədə, ya da Mingəçevirdə baş versəydi təsəvvürünüzə gətirin ki, Azərbaycan iqtidarına qarşı necə hücumlar baş qaldırardı. Bu zaman sual edirəm ki, cənablar, misterlər və müsyölər, məgər ABŞ-ın bir şəhərində baş verən həmin hadisə arxasında diktatorluq faktoru dayanmayıbmı?! Niyə jurnalistlət həbs olunub, hüquq müdafiəçiləri xüsusi xidmət orqanları tərəfindən təqibə məruz qalırlar, bir neçə vətəndaş cəmiyyətinin fəaliyyətinə qadağa qoyulub. Niyə ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morniqstar aman tapan kimi ölkəmizi, iqtidarı hədəfə alırsa, bir dəfə də demokratikcəsinə qalxaraq, öz hökumətinin qəddarlığını qınamayıb?! Axı o da demokratdır və drmokratikliyini göstərməlidir. Bax, məsələ də budur ki, cənab Riçarda bu, sərf etmir!
Sözün ən yaxşı halında HƏYASIZLIQDIR!
Ancaq gəlin Naxçıvanda döyülən QHT təmsilçisi İlqar Nəsibovla bağlı (hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən ciddi işlər aparılır, araşdırma gedir və döyülmə faktında günahı olanlar mütləq tapılaraq öz cəzalarına çatdırılacaqlar - R.N.). "Freedom House"nin qara qışqırığına baxın. Baxın öz bəyanatında nə bildirib bu ABŞ təşkilatı: "Belə görünür ki, Azərbaycan hakimiyyəti insan haqları fəallarını və onun əməllərini tənqid edən hər kəsi saxta əsaslı həbs və ya döyməklə qorxutma yolu ilə tutub... Birləşmiş Ştatlar və Avropa İttifaqı belə dəhşətli sui-qəsdlərə izn verən və icra edənlərə qarşı sanksiya imkanlarını nəzərdən keçirməlidir".
Buyurun! Bu da növbəti rəzillik və növbəti qərəz. Hansı ki, ortada Azərbaycan hakimiyyətini tənqid edəcək, hətta günahlandırılacaq fakt ortada yoxdur. Ortada ittiham ediləcək faktın olmadığı bir vəziyyətdə ABŞ-ın ya da Qərbin bu qədər aşırı şəkildə Azərbaycandan nə isə tələb etmələri sözün ən yaxşı halında HƏYASIZLIQDIR! Və niyə istər "Freedom House", istərsə də digər təşkilatlar bu həyasızlığı ABŞ hökumətinə qarşı emirlər?! Nəyə görə Ferqussin hadisələrlə bağlı baş verənləri ötəri, səthi bəyanat verməklə işlərini bitmiş hesab edirlər?! Azərbaycan iqtidarının uğurları, gücü, qüdrətlənməsi bunların gözlərinə o qədərmi girir?! Yoxsa onlar Azərbaycanda öz maddi maraqlarını təmin edə bilmədiklərinə görəmi, digər ölkələrdən fərqli olaraq burada siyasi korrupsiya mühiti yarada bilmədiklərinə görəmi bu qədər həyasızlaşıblar?! Bəllidir, məhz elədir ki, var!!!
Ferqusionda dinc etirazçılara divan tutan Amerika polisi: "Quduz itlər kimi "yatırtmaq" lazım idi..."
Bu gün Ferqusonda dinc etirazçılara qarşı amansızcasına davranan Amerika polisi, bu, azmış kimi, sosial şəbəkədə də hər kəsi təhqir edir. Baxın, həmin hadisələrdə əlini qana bulamış ABŞ polisi sonradan sosial şəbəkədə hansı fikri payıaşıb. Metyu Peppert adlı polis yazır: "Siz cəmiyyət üçün bir yüksünüz, siz şəhərinizin qara yarasısınız. Sizi elə ilk gecədən quduz itlər kimi "yatırtmaq" lazım idi...". Buyurun, bu da ABŞ demokratiyasının yetirdiyi ABŞ polisi! Artıq şərhə ehtiyac qalırmı? Məncə yox...
Rövşən NURƏDDİNOĞLU
P.S. Bu gün Azərbaycanın əleyhinə işləyən təşkilatlarla yanaşı, onlara quyruq bulayan ölkə müxalifəti də ortaya düşüb. Bu dəfə İlqar Nəsibov olayı ilə bağlı. Çünki bu gün Azərbaycan müxalifətinə dil verib, onu dilləndirənlərdən biri məhz Devid Kramer adlı ABŞ hüquq-müdafiə təşkilatının rəhbəridir. Yəni "Freedom House"nin rəsmisi. Əlində dəlil-sübut olmadan Azərbaycan hakimiyyətinin yüksək eşalonunu hədəfə alan bu amerikalı bayquş azacıq da səbr etsəydi, Naxçıvan polisinin döyülmə faktı ilə bağlı rəsmi açıqlamasını eşidər, hadisəni törədən şəxsin həbs edildiyini öyrənərdi. Üstəlik onu da öyrənərdi ki, bu hadisədə heç bir siyasi motiv yoxdur. İlqar Nəsibov sadəcə məişət zəmnində hücuma məruz qalıb. Ona görə də bu hadisədən dərhal sevincək mələklərə dönən Əli Kərimli, İsa Qəmbər və digər ABŞ "demokratiyasına" arxalananlar heç də bundan sevinməsinlər və bu qədər də həyasızlaşmasınlar.