"Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və yurdlarından qovulmuş soydaşlarımız öz torpaqlarına geri dönəcəklər". SİA-nın xəbərinə görə, bu sözləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Miqrasiya və Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov deyib.BMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfindən əməl edilmədiyini diqqətə çatdıran şöbə müdiri bildirib ki, əsrin əvvəlində olduğu kimi, bu gün də Ermənistanın arxasında duran dövlətlər məkrli siyasətlərindən əl çəkmirlər.Avqustun əvvəlində cəbhə xəttində baş verən silahlı qarşıdurma ilə bağlı danışan şöbə müdiri bildirib ki, ermənilərin növbəti dəfə həyata keçirdiyi məkrli siyasəti nəticəsində Azərbaycan tərəfi itkilər verdi.
sia.az