PDF Oxu

Siyasət

  • 53

Beynəlxalq təşkilatlar işğalçı dövlətlə işğala məruz qalanı eyni səviyyədə tutur

Beynəlxalq təşkilatlar işğalçı dövlətlə işğala məruz qalanı eyni səviyyədə tutur

"Qərbin bəzi dairələri öz hesabatlarında Ermənistanı işğalçı kimi göstərməkdən çəkinirlər." SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin əməkdaşı Turab Qurbanov deyib.Onun sözlərinə görə, beynəlxalq təşkilatlar işğalçı dövlətlə işğala məruz qalan dövləti eyni səviyyədə tuturlar: "Onlar bizdən kompromissə getməyimizi tələb edirlər. Atəşkəsin qorunub saxlanılması elə ən böyük kompromissdir."Azərbaycanın Ermənistan torpaqlarına girmədiyini bildirən T.Qurbanov, müharibənin öz ərazilərimizdə aparıldığını qeyd edib: "Azərbaycanın apardığı müharibə haqq müharibəsi olduğu üçün əsgərilərimiz öz mülki vətəndaşını qoruyub. Bəs erməni snayperləri cəbhə xəttində kimi qoruyur? Onlar tərəfindən 9 yaşlı Farizin öldürülməsi göstərdi ki, Ermənstanın siyasəti sülhə qarşı yönəlib və təcavüzkar siyasətdir. İrəvan bu siyasəti ilə Azərbaycan torpaqlarını işğal edib".PA rəsmisi vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ müharibəsində erməni əsgərlərinin də öldürüldüyünü bildirir: "Maraqlı burasıdır ki, onlar Azərbaycan torpaqlarında öldürülüb. Onlar torpaqlarımızda nə gəzirdilər ki, sonra da öldürülürlər?"

sia.az

Digər xəbərlər