PDF Oxu

Siyasət

  • 63

İsmayıl Alper Coşkun: “Qardaşlıq münasibətimizdə heç bir dəyişiklik baş verməyəcək”

İsmayıl Alper Coşkun: “Qardaşlıq münasibətimizdə heç bir dəyişiklik baş verməyəcək”

"Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti boyunca ölkənin xarici siyasətində, o cümlədən Azərbaycanla münasibətində heç bir dəyişiklik baş verməyəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycanakı səfiri İsmayıl Alper Coşkun deyib.Onun sözlərinə görə, artıq Türkiyədə yeni dövrün başlanğıcının əsası qoyulur: "Belə ki, bir müddət əvvəl ölkəmizdə tarixi hadisə baş verdi və ilk dəfə xalq öz prezidentini seçdi. Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyənin inkişafı üçün indiyə qədər həyata keçirdikləri siyasəti bundan sonra da artan templə davam etdirəcəklər".Səfir vurğulayıb ki, Türkiyədə hansı hökumət və ya şəxsin iqtidarda olmasından asılı olmayaraq, Azərbaycana qarşı dostluq və qardaşlıq münasibətində heç bir dəyişiklik baş verməyəcək: "Yeni prezidentin dediyi kimi, baş verən kabinet dəyişikliyindən sonra da hər gələn yeni vəzifəli şəxs üzərinə götürdüyü vəzifələri ilə Türkiyəni artan templə inkişaf etdirməyə, o cümlədən Azərbaycanla olan qardaşlığımızı və əməkdaşlığımızı daha da dərinləşdirilməsi üçün fəaliyyət göstərəcəklər. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün R.T.Ərdoğan ilk xarici səfərini də məhz Azərbaycana edəcək".

sia.az

Digər xəbərlər