PDF Oxu

Siyasət

  • 48

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tədbir keçirib

27 avqust 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı rayonda fəaliyyət göstərən "Elnur-2" universal kommersiya şirkətində yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan müəssisənin baş mühəndisi Mübariz Cəbiyev təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə yolundan bəhs edib: "Xalqın dərin etimadını və etibarını qazanmış Yeni Azərbaycan Partiyası güclü siyasi təşkilat olaraq formalaşıb, inkişaf edib və vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyət göstərib".

Sonra təşkilati məsələyə baxılıb və Sədrəddin Həsənov Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının "Elnur-2" ərazi ilk partiya təşkilatının sədri seçilib. Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. "Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yarandığını deyən rayon təşkilatının sədri daha sonra əlavə edib ki, partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, həmin dövrdə Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi Heydər Əliyevin ətrafında birləşdi və Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Onun siyasətinə, Onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi".

Sonra "Elnur-2" müəssisəsinin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün ərizə ilə müraciət etdi.

S.Feyruzov

Digər xəbərlər