PDF Oxu

Siyasət

  • 57

"Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi"

"Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi"

Rusiyanın "İnterfaks" informasiya agentliyi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun "Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsini dərc edib. SİA həmin məqaləni oxucuların diqqətinə təqdim edir.

Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halını alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq həmin adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və nəzakətli qadın kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir.Elə görünür ki, hərtərəfli və yorulmaz fəaliyyəti təkcə ölkədə deyil, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan insan haqqında öz fikrini açıq şəkildə ifadə etməkdən asan iş yoxdur. Onun iş və nailiyyətlərinə saysız-hesabsız məqalə həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, asandır. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

sia.az

Digər xəbərlər