PDF Oxu

Siyasət

  • 45

Fəzail Ağamalı: ABŞ-da müəyyən senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır

Fəzail Ağamalı: ABŞ-da müəyyən senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır

"ABŞ-da müəyyən senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır". Bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, erməni diasporu uzun illərdir ABŞ-ın həm siyasi, həm də iqtisadi həyatında geniş fəaliyyət göstərir. Onun sözlərinə görə, Kaliforniya ştatı senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi müraciət bundan qaynaqlanır.

"Bu gün erməni lobbisi ABŞ-ın siyasi həyatına təsiretmə imkanına malikdir. Hesab edirəm ki, bu fakt bizi Ermənistana qarşı apardığımız ədalətli mübarizədən çəkindirməli deyil"- deyə, F.Ağamalı qeyd edib.

yap.org.az

Digər xəbərlər