PDF Oxu

Siyasət

  • 60

Sumqayıt ES-də enerji istehsalı artıb

Sumqayıt ES-də enerji istehsalı artıb

Cari ilin 7 ayı ərzində ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasından 1 milyard 342,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə SİA-ya "Azərenerji" ASC-dən məlumat verilib. Məlumata görə, cari ilin iyun ayında ilin iyul ayında burada 250,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, bu müddət ərzində hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbinləri və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar quraşdırılıb. Elektrik stansiyasında istehsal olunan elektrik enerjisinin enerji sistemə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə yaxın olan iki ədəd 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri çəkilərək istismara verilib. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur.

sia.az

Digər xəbərlər