PDF Oxu

Siyasət

  • 77

AŞ baş katibinin müavini: “Azərbaycanda dini icmalar arasında hər hansı bir münaqişə yoxdur”

AŞ baş katibinin müavini: “Azərbaycanda dini icmalar arasında hər hansı bir münaqişə yoxdur”

"Dünyanın heç bir ölkəsində hər şey mükəmməl deyil. Ancaq, Azərbaycanda dini icmalar arasında hər hansı bir münaqişə, antaqonist münasibətlər görmədim". SİA-nın məlumatına görə, bunu Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.O bildirib ki, iqtisadi böhrandan sonra Avropada sosial problemlər yaranıb ki, bu da insanlar arasında ünsiyyəti zərbə altına qoyub: "Eyni zamanda bir-biri ilə ünsiyyətdə olmayan dinlər arasında ziddiyyətlər artmaqdadır. Bu gün Avropanın bir sıra ölkələrində antisemitizm, islamafobiya, dözümsüzlük halları çoxalmaqdadır".Azərbaycannın coğrafi mövqeyinin əlverişli olduğunu deyən Q. Draqoni deyib ki, ölkəmizdə əsrlər boyu buddistlər, katoliklər, yəhudilər, müsəlmanlar ticarət edib və ticari münasibətlər əsasında birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələniblər.Avropa Şurası baş katibinin müavini bildirib ki, Azərbaycanda 2008-ci ildən dinlərarası və mədəniyyətlərarası forumlar keçirilir və bu forumlar qlobal əhəmiyyət daşıyır: "Azərbaycan hakimiyyətinin bugünkü tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünü Avropa Şurası adından yüksək qiymətləndirib. O vurğulayıb ki, bu konfrans artıq daha geniş bir prosesin tərkib hissəsidir".Mətbuat konfransında çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri, Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi səfir Luis Felipe Kastro Mendeş isə bildirib ki, Azərbaycan bu tədbiri çox yüksəsk səviyyədə keçirir və bununla bağlı götürdüyü öhdəlikləri yerinə yetirir.L. Mendeş də vurğulayıb ki, Avropanın bir sıra ölkələrində antisemitizm və islamafobia artmaqdadır: "Dözümsüzlüyə qarşı mübarizə həm cəmiyyət həyatının fundamental əsasıdır, həm də dünyada sabitliyə, sülhə töhfə verən amildir".

sia.az

Digər xəbərlər