PDF Oxu

Siyasət

  • 51

Tural Abbaslıdan "intellektual namizəd" iddiasına ƏKS REAKSİYA

Tural Abbaslıdan "intellektual namizəd" iddiasına ƏKS REAKSİYA

"Bu məsələ mübahisə predmeti ola bilər"

"Yəqin ki, Hikmət bəy bu fikirləri irəli sürərkən, İsa Qəmbəri nəzərdə tutmayıb. Yəni indiki namizədlər arasında olanlarla bağlı həmin fikirləri səsləndirib". Bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü, partiya başqanlığına namizəd Tural Abbaslı başqan müşaviri Hikmət Hacızadənin Qubad İbadoğlunu daha intellektual potensiala malik olan namizəd kimi təqdim etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələnin özü də mübahisə mövzusu ola bilər ki, intellektual namizəd kimdir və hansı kriteriyalara əsaslanır: "Bu bütün müsavatçıların deyil, yalnız Hikmət Hacızadənin qiymətləndirməsidir. Belə bir fikirin irəli sürülməsi həm də belə bir mübahisə predmeti ola bilər ki, Müsavata necə başqan lazımdır? Meydanı tanıyan, partiyanı tanıyan, partiya işinin nə olduğunu bilən, yoxsa Hikmət Hacızadənin dediyi intellektual başqan? Əslində düşünmürəm ki, mübariz insanlarda intellektual potensial olmur. Ona görə də Hikmət bəyin işlətdiyi bu ifadə tam uğurlu ifadə deyil. Ancaq ola bilsin ki, Hikmət bəyin kriteriyalarına görə, Qubad bəy digər iddialılardan daha intellektlidir".

Qeyd edək ki, köhnə müsavatçılardan Hikmət Hacızadə, Vurğun Əyyub, Almaz Əliqızı və digərləri başqanlıq postuna Qubad İbadoğlunu daha şanslı hesab etdiklərini bildiriblər.

sia.az

Digər xəbərlər