PDF Oxu

Siyasət

  • 55

Mübariz Qurbanlı: "Ölkədə din siyasəti demokratik dövlət quruculuğuna əsaslanır"

Mübariz Qurbanlı: "Ölkədə din siyasəti demokratik dövlət quruculuğuna əsaslanır"

"Əgər müstəqilliyin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Paytaxt Bakıda yüksək səviyyədə keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Avropa Şurasının mübadilə görüşü də bunun bariz göstəricisidir". SİA-nın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin yekunu barədə rəsmi "Facebook" səhifəsində paylaşıb.Onun sözlərinə görə, ölkədə din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır".

sia.az

Digər xəbərlər