PDF Oxu

Siyasət

  • 69

Sabunçu rayonunda dini icma nümayəndələri ilə görüş keçirilib

Sabunçu rayonunda dini icma nümayəndələri ilə görüş keçirilib

Bu gün Sabunçu rayonunda Bakıxanov, Sabunçu, Maştağa, Ramana, Zabrat, Balaxanı, Pirşağı və s. qəsəbələrin dini icma nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı və digər rəsmilər iştirak edib. Əvvəlcə qonaqlar Ümummilli lider Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin binasında ucadılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.Daha sonra Sabunçu RİH-nin akt zalında keçirilən tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Dövlət Komitəsinin sədri bu sahədə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.Görüşdə Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib. Bildirilib ki, Rayon ərazisində 10 qəsəbə üzrə 36 məscid 7 dini icma və 4 ziyarətgah mövcuddur.Sonda DQİDK-nın sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

sia.az

Digər xəbərlər