PDF Oxu

Siyasət

  • 74

Fazil Mustafadan İŞİD AÇIQLAMASI

Fazil Mustafadan İŞİD AÇIQLAMASI

"Radikal islamçılar tərəfindən cəmiyyətdə həqiqətən də bir xof aurası məqsədi güdülür"

"İŞİD-in İraqdakı mövqeyi ilə Qafqazdakı mövqeyi tamamilə fərqlənir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa son zamanlar həm ölkə, həm də xarici mediada adıçəkilən terror təşkilatının Qafqaz və Azərbaycanla bağlı xüsusi planlarının olması ətrafında yayılan informasiyalara münasibətini bildirərkən deyib.

Fazil Mustafa sözügedən məsələni belə izah edib ki, İŞİD-in İraqda müəyyən dərəcədə əhali dəstəyi, əhali potensialı mövcuddur: "Terror təşkilatı, xüsusilə İraqda idarəetmədən kənarda qalmış, Səddam Hüseyn rejimindən sonra repressiyalara məruz qalmış sünni kəsiminin daha çox marağına təsir etməyi əsas faktora çevirib. Amma İŞİD hazırda dünyada terror və vəhşilik təmsilçisi kimi qəbul olunduğuna görə, dünya birliyi həmin təşkilata qarşı daha sərt addımlar atmalı olacaq".

Millət vəkilinin sözlərinə görə, İŞİD-in bütövlükdə Qafqazı nəzarətə götürməsi iddiası da real görünmür: "Yəni onlar müxtəlif qanunlar qəbul edə bilərlər. Lakin bu o demək deyil ki, onlar rahatlıqla bu işləri həyata keçirməyə müyəssər olacaqlar. Ümumiyyətlə, nə Azərbaycan, nə də Qafqaz üçün belə bir zəmin yoxdur".

Fazil Mustafa medianın bu sahəyə daha çox maraq göstərməsinə də münasibətini açıqlayaraq bildirib ki, mətbuat İŞİD və onun ətrafında baş verən olayları reytinqinin artmasına görə istifadə edir və bu da maraqlı informasiya kimi cəmiyyətə ötürülür: "Mediaya gəldikdə isə onlar bu məsələyə maraqlı informasiya kimi baxır. İkincisi isə müəyyən radikal islamçı qüvvələr tərəfindən cəmiyyətdə həqiqətən də bir xof aurası məqsədi güdülür. Yəni İŞİD təhlükəsi bizdə də ola bilər. Amma bütün bu kimi iddialar real deyil".

sia.az

Digər xəbərlər