PDF Oxu

Siyasət

  • 85

Ştefan Füle: “Bakı görüşü tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək”

Ştefan Füle: “Bakı görüşü tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək”

""Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkə Avropa İttifaqı üçün vacib ölkələrdir və biz Aİ olaraq bu altı ölkənin, müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik". SİA-nın xəbərinə görə, bu sözləri Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşünün açılışında çıxış edərkən deyib."Bu gün biz regionda baş verənləri müzakirə edəcəyik. Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, birgə sülh və sabitlik üçün nə edə biləcəyimizi müəyyən etməyə imkan verəcək. Biz Şərq Tərəfdaşlığına daxil olan ölkələrin, xüsusilə Ukraynanın mövqeyini möhkəmləndirmək üçün daha çox səy göstərməliyik" - deyə, Avrokomissar bildirib.O əlavə edib ki, Bakı görüşü tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək.

sia.az

Digər xəbərlər