PDF Oxu

Siyasət

  • 87

Elmar Məmmədyarov: “Regionda xoşagəlməz proseslər gedir”

Elmar Məmmədyarov: “Regionda xoşagəlməz proseslər gedir”

"Regionda xoşagəlməz proseslər gedir. Ona görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real addımlar atılmalıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı İvitsa Daçiç ilə birgə keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sazişinin müzakirəsinə başlanılmalıdır: "Biz qısa müddət ərzində sülh sazişi üzərində işləməyə başlamalıyıq. Birinci mərhələdə Ermənistan qoşunları mərhələli şəkildə işğal olunmuş torpaqlarımızdan çıxmalıdır. Çünki həm region, həm dünya üçün ən böyük təhlükə Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olmasıdır. Sonuncu danışıqlar sübut edir ki, heç kəs hər hansı bir müharibənin tərəfdarı deyil".Nazir bildirib ki, Fransa Prezidenti tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təklif gəlib, görüşün vaxtı və proqramı müəyyənləşdirilir.Nazir həmçinin qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk qrupunun həmsədrləri ilə, həm də Ermənistan xarici işlər naziri ilə görüş olacaq.

sia.az

Digər xəbərlər