PDF Oxu

Siyasət

  • 56

YAP Yasamal rayon təşkilatı aztəminatlı ailələrlə yardım etdi

YAP Yasamal rayon təşkilatı aztəminatlı ailələrlə yardım etdi

Fikrət İsmayılov: "Bizim üçün mənfi olan dəyərlərindən qaçmaq lazımdır"

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrin üzvləri iştirak ediblər.Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, aztəminatlı ailələrə kömək etmək, onların ehitayclarının ödənməsində yardımçı olmaq borcumuzdur: "Biz 1995-ci ildən bu günə qədər hər yeni dərs ili başlayanda aztəminatlı ailələrlə və qaçqın, məcburi köçkünlərlə tədbirlər keçiririk. Çalışırıq ki, onların övladları yeni drəs ilinə böyük sevinclə başlasınlar. Buna görə də biz onlara mütəmadi olaraq hər il məktəb ləvazimatları hədiyyə edir, onlarla görüşür və böyük kimi öz məsləhətlərimizi veririk. Dövlət qaçqın və məcburi köçüknülərə, aztəminatlı ailələrə böyük diqqət, qayğı göstərir. Onların öhdəsinə düşən isə övladlarını layiqli vətəndaş kimi yetişdirməkdir. Biz övladlarımıza öz milli dəyərləmizi təbliğ edib öyrətməliyik. Avropanın müsbət dəyərlərini əxz etmək lazımdır, amma Avropanın bütün eybəcərliklərindən, bizim üçün mənfi olan dəyərlərindən qaçmaq lazımdır".Daha sonra çıxış edən yasamal rayon 13 saylı uşaq poliklinikasının baş həkimi Sədaqət Xudiyeva məktəblilərə göstərilən diqqətə, qayğıya görə YAP Yasamal rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib: "Məktəblilərin sağlamlığı, təhsili bizlər üçün çox vacibdir və biz də daim çalışırıq ki, övladlarımız gözəl təhsil aslınlar sağlam olsunlar. Ölkəmizdə bütün orta məktəblər ən yüksək səviyyədə təmir olunub, yeniləri tikilib. Yəni dövlət hər cür şərait yaradıb. İndi şagirdlərimiz gözəl oxumalıdırlar ki, gələcəyimiz daha parlaq olsun".

sia.az

Digər xəbərlər