PDF Oxu

Siyasət

  • 34

"Leyla Yunusa gələn milyonlar və siyasi dəstəklər nəyə görə idi?"

"Leyla Yunusa gələn milyonlar və siyasi dəstəklər nəyə görə idi?"

Elçin Mirzəbəyli: "Leyla Yunusun məktubunu oxuduqca keçmiş SSRİ-də həbs olunan Qərb casuslarının öz ailələrinə yazdıqları məktublar yada düşür"

"Leyla Yunus Azərbaycan dövlətinə ləkə vurmaq üçün hər bir addıma hazır olan insandır. O, hələ də başa düşmək istəmir ki, törətdiyi cinayətə görə həbsxanaya salınıb. Onu da həbsxanaya hər hansı bir şəxs deyil, qanunlar salıb. Azərbaycan qanunlarını saymayanda, vətənə xəyanət kimi ən ağır bir cinayəti törədəndə, düşmən dövlətə casusluq edəndə, xarici təxribatçı qruplardan pul alıb ölkəmizdə xaos yaratmaq istəyəndə sonu da belə olmalı idi. İndi həbsdədir, o azadlıqda olanda da mən onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin araşdırdılmasının dəfələrlə təşəbbüskarı olmuşam. Ona gələn milyonlar və siyasi dəstəklər nəyə görə idi? Qərb belədir ki, səndən nəsə ummasa və Qərbin tələblərinə yerinə yetirməsən sənə bir qəpik də verməz". Bu fikriləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.L. Yunusun həbsxanadan yazdığı məktubda ona qarşı fiziki zorun, gücün tətbiq olunması ilə bağlı iddialarını tamamilə şər-böhtan adlandıran E.Mirzəbəyli qeyd edib ki, onun üçün vicdan anlamı olmadığına görə, sabah özünə xəsarət yetirə bilər və sonra da hay-küy salar ki, hakimiyyət eləyib: "Axı Leyla Yunus özü hələ hava limanında saxlanılanda açıq şəkildə deyirdi ki, nə etmişəmsə düz etmişəm, kimdən pul almışamsa düz eləyib almışam. Qanunlara qarşı bu cür düşmən mövqedə dayanmaq, Azərbaycan qanunlarını, millətin heysiyyatını heçə saymaq qətiyyən yolverilməzdir".E. Mirzəbəyli onu da qeyd edib ki, L. Yunusun məktubunu oxuduqca keçmiş SSRİ-də həbs olunan Qərb casuslarının öz ailələrinə yazdıqları məktublar yada düşür: "Təbii ki, o vaxt həbs olunan qərbli casusların məktubları xüsusi şifrələrlə yazılsa da, məzmunca L. Yunusun mətkubları ona çox oxşayır. "Məzlum" görkəmi yaratmaq, özünü "qayğıkeş" göstərmək və cinsi mənsubiyyətini vurğulayıb guya qərbli qadın parlamentarilərdən dəstək almaq L. Yunusun əsas fikridir". E. Mirzəbəyli L. Yunusun müxalifət partiyalarını onu müdafiə etməməkdə suçlamasına da münasibət bildərərək qeyd edib ki, o müxalifət partiyaları deyəndə konkret olaarq Müsavat və AXCP-ni nəzərdə tutur: "Onları məktubunda qınayır ki, niyə məni müdafiə etmirsiniz? İ. Qəmbər və Ə. Kərimli onu niyə müdafiə etməlidirlər ki? Özləri də eyni tipli insanlardırlar. Həmçinin onun həbsi bu iki şəxsə Qərbdən gələn pul axınını gücləndirmiş olacaq. Onların başı öz "gərgin" işlərinə qarışıb. Onlar heç özlərini müdafiə etmək gücündə deyillər".

sia.az

Digər xəbərlər