PDF Oxu

Siyasət

  • 67

Mübariz Əhmədoğlu: “Azərbaycanın Aİİ-yə daxil olmasına ehtiyacı yoxdur” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Azərbaycanın Aİİ-yə daxil olmasına ehtiyacı yoxdur” AÇIQLAMA

"Avrasiya İqtisadi İttifaqının tərkib hissələri olan dövlətlərlə – Rusiya, Qazaxıstan, Belarusun Azərbaycanla ikitərəfli münasibətləri çox yüksək səviyyədədir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Avrasiya İqtisadi İttifaqı Azərbaycana lazımdırmı? sualını şərh edərkən belə deyib.Politoloqun sözlərinə görə, ikitərəfli siyasət Azərbaycanın xarici siyasətində prioritet məsələdir: "Biz hər hansı bir qruma, bloka qoşulmaqdansa ikitərəfli siyasətə üstünlük veririk. Bu mənada hesab edirəm ki, mövzudan məlumatı olmayan hər hansı bir şəxs də bu məsələni gündəmə gətirir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına ehtiyacı yoxdur. Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi fonunda yəni kompromis element kimi Avrasiya İqtisadi Birliyinə daxil olması da boş və əhəmiyyətsizdir. Azərbaycanın nüfuzu, gücü onu deməyə əsas verir ki, o heç Aİİ-yə üzv olmadan da Dağlıq Qarabağı geri qaytara bilər. Məhz ölkəmizin xarici siyasətinin spesifik xüsusiyyəti budur.Prezident İlham Əliyev həm Ağdamda, həm də Füzuli rayonlarında olarkən keçirdiyi görüşlərdə də birmənalı olaraq dedi ki, "biz hər bir addımımızın 200-300 faiz özünü doğruldacağına əmin olmaq istəyirik". Bu mənada düşünürəm ki, AİB-nə daxil olmaqla Dağlıq Qarabağı qaytarmağın da heç bir mənası yoxdur".

sia.az

Digər xəbərlər