PDF Oxu

Siyasət

  • 40

Tamerlan Vahabov: “Azərbaycanın xarici siyasəti əməli xarakter daşıyır” AÇIQLAMA

Tamerlan Vahabov: “Azərbaycanın xarici siyasəti əməli xarakter daşıyır” AÇIQLAMA

"Bu gün Azərbaycanın xarici siyasəti əməli xarakter daşıyır. Bu həm iqtisadi, siyasi, biznes sahəsində, həm də ümumi siyasi münasibətlərin qurulmasında özünü göstərir". Bunu SİA-ya İqtisadiyyat və beynəlxalq münasibətlər üzrə mütəxəssis Tamerlan Vahabov ölkəmizin dünyadakı nüfuzundan danışarkən deyib.Mütəxəssisin sözlərinə görə, Azərbaycanın ümumi xarici siyasətinin platforması milli maraqlar və beynəlxalq humanitar prinsiplər prizmasından qonşularla tərəfdaşlıq, regional əməkdaşlıq və ilk növbədə Avropa məkanına inteqrasiyaya hesablanıb: "Ən əsası isə odur ki, Prezident İlham Əliyevin apardığı siyasət hər yerdə və hər səviyyədə praktiki münasibətlərlə müşayiət olunur. Bu gün ölkəmizin dünyadakı nüfuzu, qüdrəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rola malikdir. Azərbaycan son 20 il ərzində çox böyük nailiyyətlərə imza atıb. Buna misal olaraq Xocalı soyqırımının dünyada tanıdılmasını, iqtisadi inkişaf tempini, etibarlı tərəfdaş imicini və s. göstərə bilərik. Mənə elə gəlir ki, xarici siyasət kursu ilə əlaqədar dövlət başçısının çıxışından sitat gətirməklə daha aydın və düzgün cavab tapa bilərik. Ölkə prezidentinin dediyi kimi "Bizim xarici siyasətimiz əsaslıdır və strateji xətt seçilib müəyyən edilmişdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Biz hər bir istiqamət üzrə hədəfə doğru gedirik. Bizim daxili siyasət, iqtisadi siyasət, sosial siyasət, ordu quruculuğu siyasəti, xarici siyasət ilə bağlı düşünülmüş konseptual yanaşmaya söykənən siyasətimiz vardır. Bizim uğurlarımızın səbəbi bundan ibarətdir. Bir çox hallarda xarici qonaqlar məndən soruşurlar ki, Azərbaycanın uğurları nə ilə bağlıdır? Deyirəm - gərək 10 ilin tarixini biz yenidən nəzərdən keçirək. Yəni, bu, ardıcıl siyasətin nəticəsidir"."Bəli, 20 il bundan əvvəl başlanan sabitlik və inkişaf, son 10 ildə aparılan yeniləşmə və müasirləşmə kursu, onların nəticələri göz qabağındadır. Hədəf də var, nəticə də"- deyə T. Vahabov fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər