PDF Oxu

Siyasət

  • 49

Hikmət Babaoğlu: "Uorlik fikirlərinə aydınlıq gətirməlidir” AÇIQLAMA

Hikmət Babaoğlu: "Uorlik fikirlərinə aydınlıq gətirməlidir” AÇIQLAMA

"Heç bir halda Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini güzəştə getməyəcək"

"Bütün hallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Yekun Aktının prinsipləri əsasında olmalıdır" fikrinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, bəzi hallarda müxtəlif adamlar tərəfindən beynəlxalq hüquq manipulyasiyaya məruz qalır: "Bu mənada hesab edirəm ki, C.Uorlikin konkret olaraq nəyi nəzərdə tutduğu və düşündüyü bizə məlum deyil. Düşünürəm ki, həmsədr kimi o, sonradan bu fikirlərinə aydınlıq gətirməlidir. Amma bütün hallarda kimin hansı mövqedə durmasından asılı olmayaraq Azərbaycanın mövqeyi qətidir və beynəlxalq hüquq tərəfindən müdafiə olunur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Heç bir halda Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini güzəştə getməyəcək".

sia.az

Digər xəbərlər