PDF Oxu

Siyasət

  • 34

“Azərbaycanın yeganə alternativi müdafiə qüdrətini artırmasıdır" AÇIQLAMA

“Azərbaycanın yeganə alternativi müdafiə qüdrətini artırmasıdır" AÇIQLAMA

"Bu gün Rusiyanın Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilat çərçivəsindəki hərbi əlaqələri və ayrılıqda ikitərəfli münasibətləri Ermənistan tərəfindən narahatlıqla qarşılanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib."Bəzi dövlətlər, eləcə də Ermənistan hesab edir ki, Rusiya hər vəchlə Azərbaycanı bundan sonra da əzməlidir, işğal olunmuş Azərbaycan ərazilərini Ermənistanın sərəncamına verəcək addımlar atmalıdır. Onların qənaətincə ölkəmizin ziyanına burada elə bir hərbi təhlükəsizlik sistemi formalaşmalıdır ki, Ermənistan orada rahat hərəkət edə bilsin. Onlar düşünürlər ki, Rusiya Ermənistanı qorumalı və silahlı müdafiəsində ciddi zireh kimi çıxış etməlidir. İşğalçı ölkənin proseslərə yanaşması bundan ibarətdir"- deyə, Z.Oruc qeyd edib.Z. Oruc xatırladıb ki, ölkəmizin ərazi bütövlüyünə təcavüz müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb: "Belə olan təqdirdə Azərbaycanın yeganə alternativi müdafiə qüdrətini artırmasıdır. Bununla belə biz hər vəchlə çalışmalıyıq ki, Şimal qonşumuzla qurduğumuz yüksək münasibətlər fonunda düşmən ölkəni onların təsirindən müəyyən mənada uzaqlaşdıra bilək və hərbi siyasi meydanda təkbətək qalaq. Təbii ki, bu şərait formalaşana kimi bizim çalışmalarımız davam etməlidir".

sia.az

Digər xəbərlər