"Müsavatın keçirəcəyi qurultay onsuzda Azərbaycan cəmiyyəti üçün maraqlı deyil". Bunu SİA-ya millət vəkili Aqil Abbas müxalifətin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Müsavatın qurultayının keçirməsi üçün ayırdığı yerdən narazı qalmasına münasibət bildirərkən deyib.Aqil Abbasın sözlərinə görə, müxalifət ancaq onlara ayrılan yerdə öz qurultayını keçirməlidir: "Müxalifətyönlü siyasi partiyalar bəzən görürsən ki, özlərini daha yüksək səviyyədə göstərməyə çalışır. Hətta şahidi oluruq ki, onlar statistik rəqəmləri şişirdərək deyirlər ki, biz qurultaya 1200, ya da 5 min nəfərə yaxın üzv qəbul edəcəyik. Bütün bunların hər biri onların reklamına hesablanıb. Bu insanların əllərindən onsuzda başqa heç bir şey gəlmir".
sia.az