AÇIQLAMA
"Hesab edirəm ki, Avropa Parlamentinin Yaşıllar fraksiyasının Leyla Yunusu "Saxarov" mükafatına namizədliyini irəli sürməsi və bu məsələni həddindən artıq şişirtməsi müəyyən qrupların maraqlarına xidmət edir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.Aparat rəhbərinin sözlərinə görə, bu qruplar Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması üçün cəhdlər etmirlər əksinə, onlar ölkəmizə təzyiq göstərərək öz maraqlarını reallaşdırmağa çalışırlar: "Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kimlərinsə həbs olunması da ölkəmizin daxili işidir. Həmin məsələ yalnız ölkə daxilində də həll olunmalıdır.Məsələ ondadır ki, Azərbaycan öz müstəqilliyinin ilk illərində Qərb demokratiyasına çox böyük inam nümayiş etdirirdi. Beləcə Qərbdən gələn hər bir təklif də qəbul olunurdu. O zaman bizə elə gəlirdi ki, onlar bunu Azərbaycanın suverenliyi, müstəqilliyi, iqtisadi inkişafı üçün edirlər. Amma bu proseslərin üzərindən bir müddət keçdikdən sonra aydın oldu ki, bu heç də belə deyil. Qərbdən gələn bütün təkliflər yalnız onların maraqlarına xidmət edir. Düşünürəm ki, hazırda da Qərbin ölkəmizlə bağlı onların atdığı hər bir addım yalnız öz maraqlarının reallaşmasına xidmət edir. Onlar sadəcə olaraq fürsətdən yararlanmağa çalışırlar".
sia.az