PDF Oxu

Siyasət

  • 31

Millət vəkili: “Təxribatın arxasında erməni diasporasının fəaliyyəti dayanır" AÇIQLAMA

Millət vəkili: “Təxribatın arxasında erməni diasporasının fəaliyyəti dayanır" AÇIQLAMA

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ-ın birgə razılığa gəlməsini çoxdan gözləyirdik". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı artıq Rusiya və ABŞ-ın birgə razılığa gəldiyinə dair" söylədiyi fikirlərə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, BMT ilk növbədə Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə çox ciddi məşğul olmalıdır: "Bu gün beynəlxalq hüquq normaları kobud sürətdə pozulub. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunsa da, lakin bu dövlətə qarşı hələ də sanksiyalar tətbiq olunmayıb və onları sülhə məcbur etmək istiqamətində işlər görülmür. Biz çox istərdik ki, beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi addımlar atsın".Ermənistanın Rusiyanın Azərbaycana hərbi texnika və silah-sursat satmasından narahatçılıq keçirməsinə aydınlıq gətirən A. Mollazadə hesab edir ki, bu təxribatın arxasında bir sıra Qərb ölkələrində olan erməni diasporasının fəaliyyəti dayanır: "Ümumiyyətlə, bəzi dövlətlərin, eləcə də Ermənistanın bu mövqeyi tamamilə yanlışdır. Düşünürəm ki, Azərbaycan öz ərazilərinin müdafiəsi üçün Silahlı Qüvvələrini daha da gücləndirməlidir. Çox təəssüf ki, Qərbin nüfuzlu ölkələri beynəlxalq hüquq normalarının bərpasını yerinə yetirmək əvəzinə Azərbaycanı tənqid etməklə məşğuldurlar".

sia.az

Digər xəbərlər